Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Xalqcəbhəsi.az xəbər verir ki, qərar layihəsi Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında müzakirəyə çıxarılıb.
Məsələ barəsində məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, ötən il 100 hakimin fəaliyyəti araşdırılıb, 14 nəfər hakimin fəaliyyətində isə ciddi nöqsanlar müəyyən edilib. “Hakim Nağıyevanın təkrar qiymətləndirilməsi zamanı kobud süründürməçiliyə yol verildiyi müəyyən edilib. Məhkəmə-hüquq şurası tərəfindən 5 irad məktubu göndərilib”.
Məsələ səsə qoyularaq qəbul edilib.
Əli