Zaqatalada qayınana və gəlin dəm qazından zəhərləniblər.
Baymedia.az xəbər verir ki, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri - 1960-cı il təvəllüdlü Şahizər Mamulaşvili və gəlini, 1988-ci il təvəllüdlü Xəyalə Mamulaşvili yaşadıqları evdə qaz sobasından dəm qazının sızması nəticəsində zəhərləniblər.
Onlar xəstəxanaya yerləşdiriliblər və hazırda müalicələri davam etdirilir.