• 18 May 2024
logo
Qubada qazilərlə görüş

Qubada qazilərlə görüş

Mayın 24-də Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin İdarə Heyətinin sədri Bəhruz Məmmədzadə və sədr müavini Rəfail Nuriyev Quba rayonunda səfərdə olublar.

Səfər çərçivəsində Quba rayonu İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə görüş keçirilib və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin Quba rayon filialının sədri Ramiz Yunusov İcra Hakimiyyətinin başçısına təqdim olunub.

Görüşdən sonra Quba rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi və hər bir azərbaycanlının qürur mənbəyi olan Şəhidlər Xiyabanı ziyarət olunub.
Daha sonra Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin İdarə Heyətinin sədri Bəhruz Məmmədzadə Quba və ətraf rayonlardan olan qazilərlə görüşərək fikir mübadiləsi aparıb.