• 15 İyul 2025
logo
Nəzakət Məmmədova həbs edildi - YENİLƏNİB

Nəzakət Məmmədova həbs edildi - YENİLƏNİB

Özünü politoloq kimi təqdim edən Nəzakət Məmmədova həbs edilib.

O, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 274-cü ( dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilib.//Qafqazinfo

***

18:37

Tanınmış politoloq Nəzakət Məmmədova saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist, Criminal.az saytının rəhbəri Anar Məmmədov məlumat yayıb.

O bildirib ki, N.Məmmədova Rusiyaya casusluqda ittiham olunur.