• 27 Dekabr 2024
logo
Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 7688 müraciəti araşdıraraq cavablandırıb

Dövlət Əmək Müfəttişliyi Xidməti bu il 7688 müraciəti araşdıraraq cavablandırıb

2019-cu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 7688 vətəndaş müraciəti araşdırılaraq cavablandırılıb.
Nazirlikdən verilən məlumata görə, onlardan 3964-nü şikayət məzmunlu ərizələr, 3016-nı müəssisə, idarə və təşkilatlar tərəfindən göndərilmiş sorğu xarakterli məktublar təşkil edib. Qalan müraciətlər isə Xidmətin əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilmiş 708 vətəndaş tərəfindən edilib.
Sorğu məzmunlu müraciətlərlə əlaqədar vətəndaşlara əmək qanunvericiliyinin aidiyyəti maddələri və onların tətbiqi ilə bağlı izahatlar verilib, digər müraciətlərlə bağlı müvafiq araşdırma aparılmaqla nəticəsinə uyğun tədbirlər görülüb.