• 28 Aprel 2024
logo
Vilayət Eyvazov onu Samuxa DYP rəisi təyin etdi

Vilayət Eyvazov onu Samuxa DYP rəisi təyin etdi

Polis mayoru Azər Mehdiyev Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Baymedia.az Apa-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, A. Mehdiyev bu təyinata qədər Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı olub.

Xatırladaq ki, Samux rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin bundan əvvəlki rəisi Samir Quliyev sərəncama götürülüb.