Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan Mətbuat Şurasının (AMŞ) yeni seçilmiş sədri Rəşad Məcidə və İdarə Heyətinin uzvlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli Rəşad bəy,
Mətbuat Şurası İdarə Heyətinin dəyərli üzvləri,
Sizi Azərbaycan Jurnalistlərinin Qurultayında həmkarlarınızın yüksək etimadına layiq görülməyiniz münasibətilə təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar diləyirəm".