• 8 Sentyabr 2024
logo
“Həyasız, üzəduran və şərbaz Azər Qasımlıya…”

“Həyasız, üzəduran və şərbaz Azər Qasımlıya…”

Sevinc Osmanqızının kanalında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevə qarşı böhtan və yalan danışan Azər Qasımlıya qarşı tərəfin cavabı özünü çox gözlətməyib.
Feysbuk səhifəsində ƏHD Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Azər Qasımlıya qarşı çox sərt cavab verib.

Elchi.az N.Orduxanlının statusunu olduğu kimi təqdim edirik:

”Həyasız, üzəduran və şərbaz Azər Qasımlıya…

REAL-ın qurucularından olan, amma həyasız üzəduranlığına və şərbaz olmasına görə ordan biabırcasına qovulmuş Azər Qasımlı indi də Qüdrət bəyə şər atmaqla məşğuldur. Yaşından utanmayaraq başına jele çəkib Osmanqızına yarınmaq üçün abır – həya etmədən deyir ki, Qüdrət bəy Ermənistan torpaqlarını işğal edib Rusiyaya verməyi təklif edib. Bu sırtıq üzədurana dəfələrlə deyilib ki, Qüdrət bəy həmin sözləri harda deyib çıxart qoy ortaya. Ermənistan 10 noyabr 2020-ci il 3 tərəfli birgə sazişə (bəyannaməyə) görə öz qoşunlarını Qarabağdan çıxarmalı və Rusiya sərhəd qoşunlarının nəzarəti altında Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməli idi, amma etmirdi. İşğalçı erməni ordusunu Qarabağdan 2023-cü ilin sentyabrında özümüz qovduq, amma hal-hazırda da Ermənistan Naxçıvana yolu açmaqdan imtina edir. O zaman Qüdrət bəy müsahibəsində demişdi ki, Ermənistan bu öhdəliyini könüllü yerinə yetirməsə Azərbaycan güc tətbiq etməklə Zəngəzur dəhlizini açmalı, sonra isə 3 tərəfli sazişə uyğun olaraq həmin yola nəzarəti Rusiyaya verməlidir. Amma 3 uşaq atası çəkinmir ki, birdən uşaqları Qüdrət bəyin həmin müsahibəsini tapıb oxuyar və ona deyərlər ki, ayıb olsun sənə, bizi biabır edirsən. Qüdrət bəy həmin müsahibəni 25 iyun 2022-ci ildə `Yeni Müsavat` qəzetinə verib, həmin müsahibəni burdan oxuya bilərsiniz…”.