• 22 Oktyabr 2024
logo
Azərbaycanla sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın reqlamenti Ermənistan parlamentində müzakirə ediləcək

Azərbaycanla sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın reqlamenti Ermənistan parlamentində müzakirə ediləcək

Ermənistan Parlamentinin Xarici Əlaqələr Komissiyası Ermənistan-Azərbaycan Sərhədlərinin Delimitasiyası və Demarkasiyası üzrə Komissiyanın reqlamentinin ratifikasiyasını müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə məlumatı “Armenia-Today” saytı yayıb.

Reqlament sözügedən komissiyanın bugünkü iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, haqqında bəhs olunan reqlament 2024-cü il avqustun 30-da imzalanıb, sentyabrın 26-da isə Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunub.

Oktyabrın 8-də bu sənəd Ermənistanın Nazirlər Kabineti tərəfindən Parlamentin müzakirəsinə göndərilib.