• 26 Dekabr 2024
logo
Nazarbayev Qazaxıstan Xalqı Assambleyasına sədrliyi Tokayevə verib

Nazarbayev Qazaxıstan Xalqı Assambleyasına sədrliyi Tokayevə verib

Qazaxıstan Xalqı Assambleyasına ölkənin Prezidenti Kasım-Jomart Tokayev sədrlik edəcək.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın birinci Prezidenti, Qazaxıstan Xalqı Assambleyasının sədri Nursultan Nazarbayev Assambleyanın 29-cu sessiyasında deyib.

"Qazaxıstan Xalq Assambleyasına ömürlük sədrlik etmək hüququm var. Eyni zamanda, bir sıra səlahiyyətlər ölkə Prezidentinə həvalə olunur. Bütün məsələlər eyni əldə cəmləşməlidir. Qazaxıstan Xalqı Assambleyasına sədrlik hüququmu Prezident Kasım-Jomart Tokayevə ötürmək barədə qərar vermişəm", - deyə Nazarbayev bildirib.

Öz növbəsində, Prezident Tokayev Nazarbayevə Assmableyanın fəxri sədri olmağı təklif edib.