Azərbaycanın Macarıstandakı səfirliyi Ukraynada baş verən son hadisələrlə əlaqədar olaraq həmin ölkədən Macarıstan ərazisinə keçmiş və yaxud keçəcək vətəndaşlarımız və onların ailə üzvlərinə müraciət edib.
Azərbaycanın Macarıstandakı səfirliyindən verilən xəbərə görə, bildirilib ki, həmin şəxslərin Azərbaycan Respublikasına tez bir zamanda dönüşü üçün səfirliyin təşəbbüsünə əsasən yerli “WizzAir” aviaşirkəti ilə danışıqlar nəticəsində həftədə 2 dəfə birbaşa olaraq Budapeşt-Bakı reysi həyata keçiriləcək.
“Gözlənilən ən yaxın uçuş 9 mart 2022-ci il tarixində baş tutacaq”, - qeyd olunub.