• 4 İyul 2025
logo
“Putin düşünürdü ki, Ukrayna xalqı rus ordusunun vahiməsindən qorxacaq”

“Putin düşünürdü ki, Ukrayna xalqı rus ordusunun vahiməsindən qorxacaq”

Vüqar Dadaşov: “Ruslar Putinə nüvə silahından istifadə etməsinə imkan verməyəcəklər”

Rusiya prezidenti Vladimir Putin Ukrayna qüvvələrinin ölkənin şərqindəki Luqansk vilayətinin Lisiçansk şəhərində son istehkamından geri çəkilməsindən sonra qələbə əldə edildliyini elan edib. Moskva qüvvələrinin diqqətini dərhal qonşu Donetsk vilayətindəki döyüşlərə yönəldib. Bu, Ukrayna prezidenti Volodimir Zelenski hökumətini devirmək və ya paytaxt Kiyevi ələ keçirməkdə uğursuzluğa uğradıqdan sonra Putinin Ukraynaya artıq beşinci aydır davam edən müdaxiləsi zamanı nəzarəti ələ keçirməyə çalışdığı sənayeləşmiş Donbas bölgəsinin bir hissəsidir. Ukraynanın bildirdiyinə görə, Rusiya qüvvələri hazırda təxminən yarısı Rusiyanın nəzarətində olan Donetsk vilayətindəki Siversk, Fedorivka və Baxmuta doğru irəliləməyə çalışır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bazar ertəsi televiziya ilə nümayiş etdirilən görüş zamanı Putinə bildirib ki, Rusiya qüvvələri Luqanskda nəzarəti ələ keçirib. Öz növbəsində Putin deyib ki, Luqanskda “aktiv döyüşlərdə iştirak edən və qələbə qazanan” hərbi birləşmələr “dincəlməli, döyüş imkanlarını artırmalıdır”.
Luqansk qubernatoru Serhiy Hayday Associated Press agentliyinə Ukrayna qüvvələrinin Lisiçanskdan mühasirəyə düşməmək üçün geri çəkildiyini bildirib. Ukrayna Baş Qərargahı bildirib ki, Rusiya qüvvələri Siversk, Fedorivka və Baxmuta doğru irəliləməklə yanaşı, Donetskdə Ukraynanın əsas istehkamları olan Sloviansk və Kramatorsk ərazilərini də atəşə tutur. Bazar ertəsi Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat brifinqində Donbasdakı döyüşlər “ağır və yorucu” adlandırılıb və vəziyyətin yaxın həftələrdə çətin dəyişə biləcəyi qeyd edilib. Hərbi təhlilçilərin fikrincə Rusiya ordusu atəş gücündə böyük üstünlüyə malik olsa da, qoşunların sayında heç bir ciddi üstünlüyə malik deyil. Ukrayna Rusiyanın Donbasda hücumuna qarşı ABŞ da daxil olmaqla, Qərb ölkələrindən davam edən silah-sursatla cavab verəcəyinə ümid edir.
Mövzu ilə bağlı "Xalq Cəbhəsi" politoloq Vüqar Dadaşova bir neçə sualla müraciət edib:
- Rusiya Ukraynanı bir aya alacağını iddia edirdi. Dörd aydır müharibə gedir dünyanın hegemon dövlətlərindən birinin Ukraynanı tam nəzarətə götürə bilməməsinin səbəbləri nədir?
- Vladimir Putin Rusiyanın Ukraynaya təcavüzündən öncə Fransa prezidenti Emanuel Makrona Kiyevə 24 saata girəcəyini bildirmişdi. Ancaq Rusiya Ukraynada qarşısına qoyduğu heç bir məqsədə çata bilməyib, üstəlik öz dövləti və hakimiyyəti üçün real təhlükə qazanıb hansı ki, sonluq Rusiya üçün heç də xoş görünmür. Rusiya vəd etdiyi kimi Ukraynanı işğal edə bilməməsinin müxtəlif səbəbləri var. Əsas səbəblərdən: rus əsgərinin real döyüş qabiliyyəti, hərb texnikasının yararsızlığı, rus hərb elminin köhnəlməsi, kəşfiyyat məlumatlarının yanlışlığı, rəqibin gücünün qiymətləndirilməməsi və sair daxildir. Rusiyanın Ukraynaya hücum etmək qərarı bütün tapşırıqların rus ordusunun yerinə yetirəcəyi əminliyinə söykənib və başqa vacib amillər nəzərə alınmayıb. Ancaq, böyük imperiyalar keçmiş hərbi qələbələrin havasında qaldığından öz süqutlarını qacılmaz etdiyi kimi Rusiya da belə taleyi yaşamalı oldu. Ruslar öz hərb texnikasının və hərb elminin Qarabağda Azərbaycan Ordusu tərəfindən yararsızlığını görmək istəmədi, daha doğrusu, qəbul edə bilmədiyindən nəticə də çıxarmadı. Ancaq rusların ilk böyük hərb məğlubiyyəti məhz Azərbaycanla Qarabağla bağlıdır. Rusiyanın hərb texnikası, hərb elmi mahiyyət etibarı ilə II dünya müharibəsi səviyyəsində qalıb. Fikir versək görərik ki, ruslar yaratdığı silahları həcmli və qorxunc adlardan başqa bir şey deyil. Rusiya müasir dövrlə ayaqlaşa bilməyib və elmi texniki baxımdan ən azı 30 il geridə qalıb. Ən vacib məqam isə ordunun və xalqın döyüş ruhudur. Müharibəni başda olmaqla Ukrayna xalqı aparır, ruslar mənəvi və psixoloji cəhətdən həm hazır olmadığı və həm də istəmədiyi müharibəyə məcbur edilib. Putinin isə ən böyük səhvi indiki müharibəni Krımın ilhaqı ilə eyniləşdirməsi idi. Rusiya prezidenti düşünürdü ki, Ukrayna xalqı rus ordusunun vahiməsindən qorxacaq. Ukrayna xalqının müharibə ideologiyası vətənidir və öz şərəfi üçün vuruşurlar, lakin rusların isə bu müharibədə heç bir ideologiyası yoxdur, baxmayaraq ki, Rusiya siyasi məqsədlərini təbliğ edilir hansı ki, o siyasi təbliğat ideoloji baxışı formalaşdırmaq gücündə deyil. Ukraynanın uğurlu müqavimətinin əsası xarici hərbi yardım, dəstək deyil, əsas müqavimət xalqın özüdür.
- Qərb Ukraynanı müasir silahlarla təmin edir, amma Kiyev istəyinə nail ola bilmir. Tərəflər arasında hərbi texnika kimin üstünlüyündədir. Ümumiyyətlə, müharibədə qələbə qazanmaq üçün silah əsas götürülür, yoxsa..
- Qərb Rusiya ilə bağlı əsas məqsədlərinə nail olub, birinci məqam Rusiya demək olar ki, bütün sivil dünya üçün ən təhlükəli və real düşmən statusunu təsdiq etdi, ikincisi bu fonda Rusiyaya qarşı biləşmək, koalisiya yaratmaq çox asanlaşıb, üçüncüsü, Rusiyanı imperiya kimi ayaq üstə saxlayan Ukrayna dayağı artıq Rusiya üçün düşmən qılıncına çevrilib. Rusiya hərbi, iqtisadi, diplomatik səviyyədə elə bir tələyə salınıb ki, Rusiyanın və Putinin taleyi xoş görünmür və çətin ki, Qərb bu imkanı buraxan deyil. Rusiya imperiyasının SSRİ çöküşünün ikinci mərhələsi məhz Rusiyanın öz çöküşüdür və hansı ki, Qərb bu planı reallaşdırmağa tam israrlı və hazır görünür.
- Qərb Ukraynaya uzaqmənzilli raketlər verərsə və bundan istifadə edilərsə, nə baş verə bilər. Rusiyanın buna cavabı hansı nəticələrə gətirib çıxarar?
- Bəli, Qərb Ukraynanı müasir silahlarla müəyyən miqdarda təmin edir. Ancaq bu təminatın həcmi müharibədə əsaslı dönüşə imkan vermir. Təminatın qələbəyə yetərli olmaması müharibənin tez bir zamanda başa çatmamasına, yəni uzanması məqsədi daşıyır. Sözsüz ki, Ukrayna bir vasitə olaraq Rusiyanı daha çox zəiflətməkdir və Rusiya üçün Qərbin cızdığı ssenarini reallaşdırmaqdır. Böyük ölçüdə Qərbə Ukraynanın qələbəsi yox, Rusiyanın məhvi vacibdir. Müharibəni texnikalar yox, insanlar aparır, bəli, Rusiya Ukraynanı artilkeriya ilə uzaqdan xarabalığa çevirsə də qələbəni fiksasiya etmək üçün əsgər ayağı həmin torpaq üstünə dəyməlidir. Göründüyü kimi ruslarda bu nəticə çox pis alınır.
- Necə düşünürsüz, Qərb bu məsələdə sonadək Ukraynaya hərbi yardım göstərəcəkmi?
- Qərb Ukraynaya uzaqmənzilli raketlər, hücum silahlarını yetərincə verən deyil, çünki bu onların maraqlarına uyğun deyil. Qərbə bu müharibənin uzanması daha sərfəlidir. Digər tərəfdən, Qərb Rusiyanın məcbur addım atmasını istəmir. Yəni ruslar nüvə silahından, bakterioloji və kimyəvi silahdan istifadə edə biləcəyi mümkün ssenarilərdəndir. Şəxsimdə Putinin bu silahlardan istfadə edəcəyinə imkan verilməyəcəyinə inamım çox olsa da, Qərb bir az fərqli düşünür. Əslində Qərbin Rusiya ilə bağlı strategiyası daha effektli və təhlükəsizdir. Düşünürəm ki, Qərb Ukraynaya müharibəni qələbəyə tez aparan silahları tələb olunan miqdarda verən deyil. Ancaq bu o demək deyil ki, Ukrayna vəziyyəti öz potensialı hesabına dəyişən deyil, çünki SSRİ dövründən Ukrayna hərbi texnoloji potensialı çox yüksək idi və bu potensialdan yararlanacağı da gözləniləndir. Əvvəl-axır müharibə Rusiya ərazisində Ukraynaya analoji şəkildə aparılası ehtimalı var, ancaq hələlik buna müəyyən zaman lazımdır. Hər bir halda Ukraynanın Rusiya ərazisinə geniş hücumuna Rusiyanın son məcburiyyət silahından başqa tutarlı cavabı yoxdur.
- Rusiyanın nüvə silahından istifadə edə biləcəyi ilə bağlı iddialar da səsləndirilir..
- Rusiyaya bağlı proseslər elə səviyyədədir ki, Ukraynaya dəstək istək deyil, məcburi xarakterdir. Sözsüz ki, Qərb dünyası Ukraynaya dəstəyini artırmaq xətti ilə həyata keçirəcək, ancaq bir çox ölkələr müharibənin bu ilin sonunadək başa çatmasını halda "üsyan" edəcəyi də gözləniləndir. Ancaq bu masştablı xarakter alan deyil. Rusiyanın nüvə silahından istifadə ehtimalı mümkün hesab edilsə də, rusların özü Putinə bu imkanı verməyəcək. Rusiya siyasi, hərbi elitası çox güman ki, Putinin bu mümkün addımının texniki imkanlarını da nəzarətdə saxlayır. Düşünürəm ki, Putinə bu silahdan istifadəyə imkan verilməyəcək.
- Ukrayna məsələsində NATO-Rusiya üz-üzrədir. Alyans Kremli çökdürə bilərmi?
- Qərb Rusiya ilə bağlı əsas məqsədlərinə nail olub, birinci məqam Rusiya demək olar ki, bütün sivil dünya üçün ən təhlükəli və real düşmən statusunu təsdiq etdi, ikincisi bu fonda Rusiyaya qarşı biləşmək, koalisiya yaratmaq çox asanlaşıb, üçüncüsü, Rusiyanı imperiya kimi ayaq üstə saxlayan Ukrayna dayağı artıq Rusiya üçün düşmən qılıncına çevrilib. Rusiya hərbi, iqtisadi, diplomatik səviyyədə elə bir tələyə salınıb ki, Rusiyanın və Putinin taleyi xoş görünmür və çətin ki, Qərb bu imkanı buraxan deyil. Rusiya imperiyasının SSRİ çöküşünün ikinci mərhələsi məhz Rusiyanın öz çöküşüdür və hansı ki, Qərb bu planı reallaşdırmağa tam israrlı və hazır görünür.
Cavid