• 12 İyul 2025
logo
“Təpəbaşı məhəlləsinin məhv edilməsi erməni vandalizminin növbəti təzhürüdür”

“Təpəbaşı məhəlləsinin məhv edilməsi erməni vandalizminin növbəti təzhürüdür”

Musa Qasımlı: “Ermənilər müasir dünyada yeri olmayan barbar qəbilədir”

“Bizim tarixi şəhərimiz olan İrəvanda Təpəbaşı məhəlləsinin məhv edilməsi erməni vandalizminin növbəti təzhürüdür.” Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili, tarixçi alim Musa Qasımlı deyib. Millət vəkili bildirib ki, Təpəbaşı bir tərəfdən dünya mədəniyyəti yaratmış Azərbaycan xalqının quruculuğunu, tarixinin qədimliyini, digər tərəfdən indiki vəziyyətdə onun sökülərək, darmadağın edilməsi isə erməni vandalizmini göstərir: “Təbəbaşının məhv edilməsi aydın şəkildə göstərir ki, ermənilər müasir dünyaya uyğunlasmayan, orada yeri olmayan ünsürdür. Bu barbar, vəhşi bir qəbilədir”.

Əli Zülfüqaroğlu