• 30 Aprel 2024
logo
MSK sədri: Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur

MSK sədri: Məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur

Sosial şəbəkələr cəmiyyətimizin ayrlmaz bir hissəsinə çevrilib. Müasir dünyada hamının sosial şəbəkələrə girişi bərabərhüquqludur.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov “Seçki mübahisələrinin məhkəmə qaydasında həlli” mövzusunda keçirilən seminar-müşavirədə deyib. Onun sözlərinə görə, dövlətin idarəçilik sistemindən asılı olmayaraq, isətnilən ölkənin vətəndşının sosial şəbəkələrə girişi bərabərhüquqludur.
M.Pənahov vurğulayıb ki, məntəqəyə daxil olan vətəndaşın telefonunu əlindən almağa heç kimin ixtiyarı yoxdur: “Bu o deməkdir ki, siz bütün dünyanın gözü qarşısındasınız. Dediklərimin çoxunu burada oturanlar çox gözəl bilir, amma açıq şəkildə müzakirə etmək istəmirsiniz. Açıq şəkildə müzakirə edilən problemlər həll edilməyə bir addım qalan problemlərdir. Biz dairə seçki komissiyasının qərarlarını ləğv edəndə özümüzü güclü hesab etmirik. Bu, bizdə məyusluq yaradır. Çünki keçirdiyimiz tədbirlərin boşa getdiyi təəssüratı ortaya çıxır. Buna görə də, vaxtında qanunun tələblərinə cavab verən addımlar atmalıyıq”.