• 18 Sentyabr 2024
logo
"Hökumət QHT-lər üçün qrant fondu yaradacaq"

"Hökumət QHT-lər üçün qrant fondu yaradacaq"

Gürcüstan hökumətinin özü Qeyri-hökumət təşkilatları üçün qrant fondu yaradacaq.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, fond Dövlət büdcəsi hesabına maliyyələşəcək və "Xarici təsirin şəffaflığı haqqında" qanuna uyğun olaraq Ədliyyə Nazirliyinin reyestrində qeydiyyatdan keçmiş təşkilatlar maliyyə əldə edəcək.