• 4 May 2024
logo
“Bakı Gənclər Klubu” yeni layihəsini həyata keçirir

“Bakı Gənclər Klubu” yeni layihəsini həyata keçirir

“Bakı Gənclər Klubu” ictimai birliyi dövlətimizin həyata keçirdiyi siyasətinin vacib tərkib hissəsi – gənclərimizin vətənpərvər ruhda tərbiyəsini əsas tutaraq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 iyul – 01 oktyabr 2023-cü il tarixlərdə növbəti “Zəfər tarixini yazan qəhrəmanlar-2” adlı layihənin icrasını həyata keçirir.
Baymedia.az xəbər verir ki, layihənin icrası Bakı şəhəri, iki ilyarım öncə qızğın döyüşlər gedən və düşmən tapdağından azad olunan Füzuli rayonunda həyata keçiriləcək.
Layihənin məqsədi – Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, bu yolda həyatlarını və sağlamlıqlarını itirmiş döyüşçüləmizi qısametrajlı vasitəsilə cəmiyyətə tanıtmaq və gənclərimizdə muasir qəhrəman obrazları yaratmaqdır.
Layihə çərçivəsində Vətən müharibəsi qazilər haqqında 3 qısametrajlı filmin çəkilişi həyata keçiriləcək. Bu məqsədlə Vətən müharibəsi qazilərin yaşadıqları və 44 günlük Vətən müharibəsi zamanı qızqın döyüşlər getdiyi Füzuli rayonuna səfərlər təşkil olunacaq.Çəkilişlərdə müxtəlif hərb sahələri üzrə döyüşçülərin həyatı, Vətən torpağının müdafiəsinə qalxması, qəhrəmanlıq döyüş yolları, döyüş gedən məkanlar, gənc nəslə tövsiyyələri və s. məqamlar öz əksini tapacaq. Nəzərə alsaq ki, müharibə bitib və dövlətimiz azad olunmuş ərazilərdə quruculuq işləri aparır, təssüf hissilə qeyd etmək lazımdır ki, düşmən öz revanşist fikirlərindən geri çəkilmir. Bu nöqtəyi nəzərdən layihə çərçivəsində hazırlanmış 3 qısametrajlı filmləri gələcəkdə gənclərimizi vətənpərvər ruhda böyüməsi, muasir qəhrəman obrazların yaranması, həmin qəhrəmanları gənclər və cəmiyyət tərəfindən tanıdılması məqsədilə layihənin sonunda layihə iştirakçıların, qazilərin, yerli İcra Hakimiyyəti nümayəndələrin , ictimaiyyətin və gənclərin iştirakı ilə Füzuli rayonunda hazırlanmış filmlərin təqdimatı keçiriləcək.
“Bakı Gənclər Klubu” ictimai birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. “Bakı Gənclər Klubu” Azərbaycan Respublikasının Gənclər Təşkilatlarının Milli Şurası (ARGTMŞ), “GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu” və “Azərbaycan Kiber İdman Federasiyası” nın təsisçisi və fəal üzvüdür.