Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Zərərli xarici təsirlərə qarşı sayıqlığın artırılması" adlı layihəsi çərçivəsində mövzu ilə bağlı ilk verilişini AXC TV-də hazırlayıb.
ADİİM-in mətbuat xidmətindən verilən məlumata görə,
ilk verilişin mövzusu "Zərərli xarici təsirlərə qarşı sayıqlıq necə qorunur?" adlanıb.
Verlişdə ekspert qismində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Əməkdar jurnalist Nadir Azəri mövzu ilə bağlı fikirlərini ictimaiyyətlə bölüşüb.
Tanınmış jurnalist Telman İsanın aparıcılığı ilə reallaşan verilişdə N.Azəri mövzu ilə bağlı dəyərli, maarifləndirici fikirlərini bildirməklə yanaşı əhəmiyyətli təkliflərini də səsləndirib.
Verilişə aşağıdakı link vasitəsilə baxmaq olar.