• 13 İyul 2025
logo
Sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər

Sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər

“Təcrübəmizdən çıxış edərək düşünürəm ki, mayın 9-da, qeyri-iş günü sərnişin sıxlığı olmayacaq”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Bakı Metropoliteni” QSC-nin sədrinin müavini Hidayət Məmmədov bildirib.

Hidayət Məmmədov deyib ki, metroda qatarlar 2 dəqiqə intervalla hərəkət edəcək: "Lazım gələrsə, sıxlığı aradan qaldırmaq üçün qatarların hərəkət qrafikində dəyişikliklər olacaq".

O, “Bakı Metropoliteni” QSC-nin karantin rejiminə əməl edəcəyini, mayın 31-dək yaşı 65-dən yuxarı işçilərin işə cəlb edilməyəcəyini söyləyib.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov isə bildirib ki, əgər sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər.