“Modul tipli xəstəxanalar pandemiyadan sonra mövcud xəstəxanaların tabeliyinə veriləcək”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, xəstəxanalarda kadr çatışmazlığı yarandıqda, əlavə həkimlər göndərilir: “Modul tipli xəstəxanaları çox asanlıqla başqa yerdə quraşdırmaq mümkündür. Ölkəmiz müharibə şəraitində yaşayır. Bu xəstəxanaları istənilən vaxt səhra xəstəxanalarına çevirə bilərik”.