Azərbaycanda daha 50 məktəb “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulacaq
2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin "Rəqəmsal bacarıqlar" layihəsinə cəlbi nəzərdə tutulur.
Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.
Layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir.
Xatırladaq ki, 2017-2018-ci tədris ilində başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
6 Sentyabr 2019 13:41
1 232
Digər xəbərlər
18 Sentyabr 2025 12:18
294
18 Sentyabr 2025 11:52
301
18 Sentyabr 2025 11:51
287
17 Sentyabr 2025 13:16
497
17 Sentyabr 2025 12:58
532
17 Sentyabr 2025 12:44
546
17 Sentyabr 2025 12:41
532
16 Sentyabr 2025 11:38
749
16 Sentyabr 2025 11:02
721
15 Sentyabr 2025 13:05
1 071
15 Sentyabr 2025 10:42
903
12 Sentyabr 2025 09:27
1 533