• 27 Dekabr 2024
logo
Azərbaycanda kimyəvi silahın məhv edilməsi ilə bağlı komissiya yaradılacaq

Azərbaycanda kimyəvi silahın məhv edilməsi ilə bağlı komissiya yaradılacaq

Azərbaycan Respublikasının ərazisində aşkarlanan kimyəvi silahın məhv edilmə qaydası müəyyənləşib.

Qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində aşkarlanan bütün növ kimyəvi silahlar Konvensiyada nəzərdə tutulmuş hallarda və Konvensiyaya uyğun olaraq bu Qayda ilə müəyyən edilmiş qaydada məhv edilir.

Kimyəvi silah aşkar olunduğu və ya aşkar olunması barədə məlumat daxil olduğu andan 3 (üç) gün müddətində bu barədə məlumat Dövlət Təhlükəsizliyi Xidmətinin tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu tərəfindən bu Qaydada göstərilən Kimyəvi Silahları Məhvetmə Komissiyasına verilir.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Fövqəladə Hallar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin və Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələrindən ibarət tərkibdə Komissiya formalaşdırılır.

Bu Qaydada nəzərdə tutulan məlumat alındıqdan sonra 10 (on) gün müddətində Komissiya tərəfindən kimyəvi silahın məhv edilməsi ilə bağlı plan 4 hazırlanır və onun surəti 2 (iki) gün müddətində Milli İnspeksiya Qrupuna göndərilir.