• 26 Dekabr 2024
logo
I dərəcə əlilliyi olan şəxslərin avtomobillə təyini məsələsinə aydınlıq gətirilib

I dərəcə əlilliyi olan şəxslərin avtomobillə təyini məsələsinə aydınlıq gətirilib

Birinci dərəcə əlilliyi olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin edilməsi məsələsinə aydınlıq gətirilib.
Bu barədə DOST Agentliyinin DOST xidmətləri departamentinin direktor müavini Vasif Qəribov “Sosial saat” verilişində bildirib.
Onun sözlərinə görə, I dərəcə əlilliyi olan şəxslərə avtomabil o halda verilir ki, onların əlilliyi müharibə ilə əlaqədardır:
“Eyni zamanda şəhid ailələri də avtomobillə timin edilir. Amma ümumi səbəblərdən birinci dərəcəli əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi xidməti hazırda yoxdur”.
O, həmçinin bir ayağı olmayan, ümumi səbələrdən əlilliyi olan şəxslərin avtomobillə təmin edilməsi məsələsinə də münasibət bildirib:
“Bu məsələrə Dövlət Tibbi Sosial Reabiklitasiya agentliyində komisiya tərədindən baxılır və müvafiq qərar Sosial Xidmətlər Agentliyinə göndərilərək maşınla təminat məsləsi həll olunur” - o deyib.