"Belə davam edərsə yaxın zamanda Kür çayında bir dənə də balıq qalmayacaq" . Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Naqif Həmzəyev parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Kür çayında qanunsuz torlar qurularaq kütləvi şəkildə balıq ovu həyata keçirilir."Bu qanunsuz hərəkətlə bağlı dəfələrlə məsələ qaldırılsa nəticəsi olmayıb. Əgər yarançış acınacaqlı vəziyyətin qarşısı alınmazsa, yaxın zamanda Kür çayından bir dənə də balıq tutmaq mümkün olmayacaq"-o qeyd edib.
O eyni zamanda əlavə edib ki, bu il Əhməd Cavadin 130 illiyi keçiriləcək. "Əhməd Cavad Azərbaycanda və Türk dünyasında olduqca önəmli bir şairdir.
Əhməd Cavadın adını daşıyan Gəncə şəhər 2 saylı orta məktəb yaxşı vəziyyətdə deyil.
Aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məktəbin bərpası həyata keçirilsin".
Əli