Türkiyə Superliqasının 32-ci turundan mövsümün sonuna qədər vacib oyunlarda əcnəbi VAR hakimlərinin xidmətindən istifadə olunacaq.
Baymedia.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb.
TFF-nin İtaliya, İspaniya, Almaniya, Niderland ve Portuqaliya futbol federasiyalarına bununla bağlı müraciəti müsbət cavablandırılıb.
32-ci turun "Ankaragücü" - "Qaziantep", "Fatih Karagümrük" - "Fənərbaxça" və "Alanyaspor" - "Qalatasaray" görüşlərinə əcnəbi VAR hakimləri dəvət olunacaq.