Rusiyalı hakim Vera Opeykina UEFA-dan təyinat alıb.
Baymedia.az xəbər verir ki, FİFA referisi qadınlar arasında Millətlər Liqasının Ermənistan - Qazaxıstan oyununu idarə edəcək. Oyun sentyabrın 26-da keçiriləcək.
Qeyd edək ki, bu, Rusiyanın Ukraynaya hərbi hücuma başladığı 2022-ci ilin fevralından sonra UEFA-dan Rusiyaya verilən ilk təyinatdır. Həmin vaxtdan hakimlər FİFA və UEFA bayrağı altında keçirilən oyunlardan uzaqlaşdırılmasalar da, təyinat almırdılar.
Hakimlərdən fərqli olaraq, Rusiya komandaları beynəlxalq yarışlardan qeyri-müəyyən müddətə kənarlaşdırılıblar.