Avstriya millisinin futbolçusu David Alaba Azərbaycana qarşı keçirəcəkləri Az-2024-ün seçmə mərhələ oyununu buraxa bilər.
Baymedia.az xəbər verir ki, "Real"da çıxış edən 31 yaşlı müdafiəçi İspaniya La Liqasının VII turunda "Las Palmas"a qalib gəldikləri (2:0) matçda zədələnib.
Görüşdən sonra paytaxt təmsilçisinin baş məşqçisi Karlo Ançelotti Alabanın sentyabrın 30-da, VIII turda "Jirona" ilə qarşılaşmada iştirak etməyəcəyini söyləyib. Onun sonrakı durumu tibbi müayinələrdən sonra müəyyənləşəcək.
O, bu ilin martında keçirilən Avstriya - Azərbaycan matçını da (4:1) eyni səbəbdən buraxıb.
Daha əvvəl "İnter"də çıxış edən Marko Arnautoviçin bu matçı buraxacağı dəqiqləşib.
Qeyd edək ki, oktyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq Azərbaycan-Avstriya görüşü saat 20:00-da başlayacaq.