• 19 Sentyabr 2024
logo
Bu, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək

Bu, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək

Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanması Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması baxımından vacibdir.

Baymedia.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Bakı Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağı azad edib:

“İndi orada bərpa-yenidənqurma işləri görülür”.

İ.Kalın vurğulayıb ki, bu sülh həm də Zəngəzur dəhlizinin açılmasını təmin edəcək:

“Nəticədə region dövlətləri Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropa marşrutu vasitəsilə bir-biri ilə bağlanacaq”.