• 13 Noyabr 2024
logo
Ərdoğan Özəl və İmamoğludan 1 milyon təzminat tələb edir

Ərdoğan Özəl və İmamoğludan 1 milyon təzminat tələb edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ünvanına səsləndirilən təhqiramiz ifadələrdən dolayı müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəl və İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlunu məhkəməyə verib.

Baymedia.az “A Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı mənəvi təzminat olaraq hər birindən 1 milyon türk lirəsi (29 min dollar) tələb edib.