• 12 İyul 2025
logo
Türkiyədə meşə yanğınları davam edir

Türkiyədə meşə yanğınları davam edir

Türkiyənin Antalya vilayətində meşə yanğınları qeydə alınıb.
Trend-in məlumatına görə, Serik rayonunda 5 hektar ərazidə meşələr yanır.
Yanğının qarşısının alınması üçün dörd helikopter cəlb olunub.
Bundan başqa, İzmirdə də meşə yanğınları davam edir. Bu gün İzmirdə iki hoteldən turistlər təxliyə olunub.