Somali hökuməti Türkiyəni ölkədə neft axtarmağa dəvət edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Somali sahillərində neft yataqlarının olduğu istisna edilmir. Ərdoğan Ankaranın bu addımı ata biləcəyini istisna etməyib.
“Əlimizdəki imkanlar neft axtarışları aparmağa imkan verir” - deyən Ərdoğan bildirib ki, Türkiyənin bu sahədə xarici ölkələrdən asılılığı aradan qalxıb.