• 27 Aprel 2024
logo
Mahmud Abbas ermənini nazir təyin etdi

Mahmud Abbas ermənini nazir təyin etdi

Fələstin Muxtariyyəti yeni kabinetin formalaşdığını açıqlayıb.

Baymedia.az Publika.az-a istinadən xəbər verir ki, kabinetdə erməni nazir Varsen Ağabekyan da təmsil olunur.

O, Fələstinin Xarici İşlər və Mühacir İşləri üzrə Dövlət Naziri təyin edilib.

Ağabekyanın 1958-ci ildə İordaniyada anadan olduğu bildirilir. O, Prezidentin Fələstində Kilsə İşlərinə Nəzarət üzrə Ali Komitəsinin üzvüdür. 1983-cü ildə ABŞ-ın İndiana ştatının Purdue Universitetində magistr dərəcəsi, Pittsburq Universitetində isə siyasi məsələlər üzrə doktorluq dərəcəsi alıb. 1988-2008-ci illərdə Qüds Universitetində dosent, sonra dekan vəzifəsində çalışıb.