• 28 Aprel 2024
logo
“Krokus” cinayətkarları Tacikistanda yaxalandı

“Krokus” cinayətkarları Tacikistanda yaxalandı

Tacikistan Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları “Krokus Siti Holl”da törədilən terror aktı və İŞİD terror təşkilatının qolu olan Xorasandakı “İslam Dövləti” qruplaşması ilə əlaqəsi olduğu iddia edilən 9 nəfəri saxlayıb.

Baymedia.az xəbər verir ki, bu barədə “Röyters” Tacikistan güc strukturlarındakı mənbəyə istinadla məlumat verib.

Məlumata əsasən, 9 nəfərin hamısı martın 25-də Vəhdət şəhərində saxlanılaraq, paytaxt Duşənbəyə aparılıb.