• 27 Aprel 2024
logo
Qəzza üçün ABŞ-la danışıqlar aparmalıyıq - Zərif

Qəzza üçün ABŞ-la danışıqlar aparmalıyıq - Zərif

Qəzzaya görə Əfqanıstan və İraq mövzusunda olduğu kimi ABŞ-la danışıqlar aparılmalıdır.

Baymedia.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin “Camaran” saytına müsahibəsində deyib.

“İran Əfqanıstan və İraqla bağlı ABŞ-la danışıqlar aparıb və Qəzza barəsində danışıqlarda da birbaşa iştirak etməlidir. Milli maraqlarımız və müqavimətin (İrana bağlı qruplar nəzərdə tutulur – red.) mənafeyi ilə bağlı məsələlərdə iştirak etməliyik”, - Zərif bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrailin bölgədəki nüfuzunu azaltmaq üçün İran İsraildən başqa bütün region ölkələrinə hərbi təcavüz etməmək barədə anlaşma təklif etməlidir.