• 8 Sentyabr 2024
logo
Lui Bono yenidən Ermənistana gəldi

Lui Bono yenidən Ermənistana gəldi

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş müşaviri Lui Bono Ermənistanda səfərdədir.

Baymedia.az xəbər verir ki, bu barədə məlumatı erməni mediası yayıb.

Bildirilib ki, Bono artıq Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

Görüş zamanı regional təhlükəsizlik və sabitlik, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə olunub.

Qeyd edək ki, ötən ay Ermənistana ABŞ Dövlət katibinin müavinləri Obrayen və Verma səfər etmişdi. Lui Bono isə regiona mayın 3-cü ongünlüyündə gəlmişdi.