• 8 Sentyabr 2024
logo
“Qafqaz”a zərbə: Rusiyanın tədarük zənciri qırıldı

“Qafqaz”a zərbə: Rusiyanın tədarük zənciri qırıldı

2024-cü il iyulun 23-də Ukrayna qüvvələri Rusiyanın "Qafqaz" limanında “Slavyanin” dəmir yolu bərəsini zədələyib. Bu zərbə ruslara Ukraynanın cənubundakı işğalçı qüvvələrin təchizatında və maye qazın regional ixracında əlavə logistik problemlər yaradacaq.

Baymedia.az xəbər verir ki, bu sözlər Britaniya hərbi kəşfiyyatının hesabatında yer alıb.

“Çox güman ki, Rusiya indi Kerç körpüsündən yanacaq daşıyan qatarların hərəkətini riskə atmalı olacaq. 2022-ci ilin oktyabrında körpüyə edilən hücumdan sonra Rusiya bundan qaçmağa çalışırdı”, - hesabatda vurğulanıb.

Qeyd edək ki, “Qafqaz” limanına hücumdan sonra Rusiya Azov dənizindən bütün hərbi gəmilərini geri çəkib.