• 8 Sentyabr 2024
logo
İsraildən şok açıqlama: Fransa təxribatının arxasında İran var

İsraildən şok açıqlama: Fransa təxribatının arxasında İran var

Fransada dəmir yolu infrastrukturu təxribatı İranın şər və radikal İslam xəttinin təsiri altında planlaşdırılıb və həyata keçirilib.

Baymedia.az xəbər verir ki, bu sözləri İsrailin xarici işlər naziri İsrail Katz özünün X səhifəsində qeyd edib.

“Bu həftə İsrailin əlində olan məlumatlara əsaslanaraq fransalı həmkarım Stefan Sejurneyə xəbərdarlıq zamanı qeyd etdiyim kimi, iranlılar İsrail nümayəndə heyətinə və bütün Olimpia iştirakçılarına qarşı terror hücumları planlaşdırır. Onların hiyləsinin qarşısını almaq üçün profilaktik tədbirlər gücləndirilməlidir. Azad dünya İranı indi çox gec olmadan dayandırmalıdır”, - Katz vurğulayıb.

Qeyd edək ki, Fransada Olimpiadanın başladığı gün naməlum şəxslərin üç xətdəki texniki cihazlara və kabellərə zərər verməsi səbəbindən sürət qatarlarının hərəkətində böyük fasilə yaranıb. Gecikmələr 800 min sərnişinə təsir edib. Paris-London reysi isə ləğv olunub.