• 8 Sentyabr 2024
logo
İran israilli idmançıları təhdid edir

İran israilli idmançıları təhdid edir

İran hökuməti Paris Yay Olimpiadasında iştirak edən israilli idmançıları qorxutmaq üçün onlara qarşı virtual kampaniya başladıb.

Baymedia.az xəbər verir ki, bu sözləri İsrailin Milli Kiber Qurumunun rəhbəri Qabi Portnoy deyib.

“İrana bağlı hakerlər sosial mediada kanallar yaradaraq, israilli idmançıların şəxsi məlumatlarını yayır və ya onlara təhdid mesajları göndərirlər”, - Portnoy bildirib.

Bununla yanaşı, İsrailin xarici işlər naziri İsrail Katz İranı Olimpiya oyunlarının başlaması ilə eyni vaxtda Fransa dəmiryolunda təxribat törətməkdə ittiham edib.

Qeyd edək ki, bu gün Fransada Olimpiadanın açılış günü sürət qatarlarının hərəkətində böyük fasilə yaranıb. Məlumata görə, buna səbəb naməlum şəxslərin üç xəttdəki texniki cihazlara və kabellərə zərər verməsi olub. Bundan əvvəl İsrail Katz fransalı həmkarı Stefan Sejurneyə ünvanladığı məktubda İran və ona bağlı qüvvələrin Parisdə israilli idmançı və turistlərə qarşı təxribatlar törədə biləcəyi ilə bağlı xəbərdarlıq etmişdi.