• 15 Yanvar 2025
logo
Sinvar seçildi, İsrailin gələcəyə ümidi... - İran

Sinvar seçildi, İsrailin gələcəyə ümidi... - İran

Yəhya Sinvarın HƏMAS Siyasi Bürosunun yeni rəhbəri seçilməsi İsraili gələcəyə ümiddən məhrum edən bir yol deməkdir.

Baymedia.az xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.

“Dünən Yəhya Sinvarın HƏMS Siyasi Bürosunun rəhbəri təyin olunması fələstinlilərin və HƏMAS-ın seçdiyi yolu göstərdi. Bu seçim o deməkdir ki, sionist rejimin gələcəyə heç bir ümidi olmayacaq”, - o bildirib.

Musəvi İsrail hökumətini vəhşi qəbilələrə bənzədib:

“Amma hətta vəhşilər də bəzi normalara riayət ediblər. İsrail isə bütün beynəlxalq qaydaları və qanunları pozur”.