• 19 Sentyabr 2024
logo
Tramp gələn həftə Zelenski ilə görüşə bilər

Tramp gələn həftə Zelenski ilə görüşə bilər

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, gələn həftə ABŞ-yə səfəri zamanı Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.

APA xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

“Böyük ehtimal ki, bəli”, - Tramp müvafiq sualı cavablandırarkən deyib.