• 19 Dekabr 2024
logo
Ermənistanı Rusiya ilə birləşdirən yol yük avtomobilləri üçün bağlanıb

Ermənistanı Rusiya ilə birləşdirən yol yük avtomobilləri üçün bağlanıb

Ermənistanı Rusiya ilə birləşdirən Gürcüstanın “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsi yük maşınları üçün hər iki istiqamətdə bağlanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Ermənistanın Rusiya Federasiyasındakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan SputnikArmenia-ya bildirib.

Onun sözlərinə görə, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar yağması ilə əlaqədar qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Bildirilib ki, yol minik avtomobilləri üçün açıqdır.