Biz qanun qəbul etməliyik ki, Ermənistan ikinci əl malların ixracı üçün əsas istiqamət olmaqdan çıxsın. Bu, qəbuledilməzdir və həyata keçirdiyimiz məntiq və konsepsiyaya birbaşa ziddir. Mən belə yardım almağın əleyhinəyəm.
Baymedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclası zamanı bildirib.
Paşinyan qeyd edib ki, bu malların Ermənistan üçün vacib olduğu vaxtlar olub, lakin bu səhifə artıq bağlanmalıdır:
“Artıq Ermənistan gömrüyünə gətirilibsə, eybi yoxdur, geri qaytarsınlar. Dünyada bu cür köməyə ehtiyacı olan o qədər ölkə var və bu onlar üçün problem deyil. Bu işlənmiş, köhnəlmiş mallar ehtiyacı olanlara göndərilsin, Ermənistana belə mallar gəlməsin”.