• 30 İyul 2025
logo
Ermənistanda koronavirusa yoluxanların sayı 248 397-ə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 248 397-ə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 731 yoluxma halı qeydə alınıb.
"Sputnik Armenia"nın verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 248 397-ə çatıb.
Son 24 saat ərzində ölkədə koronavirusdan 16 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4995-ə çatıb.