• 31 İyul 2025
logo
Rusiya və İran prezidentlərinin telefon danışığı olub

Rusiya və İran prezidentlərinin telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin və onun iranlı həmkarı İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrın 17-də Düşənbədə keçiriləcək sammitində İran Prezidentinin müşahidəçi qismində iştirakı nəzərə alınaraq bu təşkilat çərçivəsində işin aktual məsələləri müzakirə edilib.
Müxtəlif sahələrdə Rusiya-İran əlaqələrinin möhkəmlənməsinə qarşılıqlı münasibət təsdiqlənib.
Xüsusən ticari-iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi bildirilib, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə yaxşı qarşılıqlı əlaqələrin olduğu vurğulanıb.
Rusiya və İran liderləri beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə toxunublar, o cümlədən İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında fikir mübadiləsi aparıblar.
Təmasların davam etdirilməsi razılaşdırılıb.