Yaponiyanın Osaka şəhərində G20 sammitinin keçirildiyi binanın yaxınlığında naməlum şəxs tüstü şaşkası atıb. Trend-in məlumatına görə, həmin şəxs hadisə yerindən uzaqlaşa bilib. Hadisə nəticəsində heç bir fəsad qeydə alınmayıb. Hazırda şəxsin axtarışları aparılır.