ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yeni IRIS peyk rabitə sisteminin nümayişini keçirib.
Birbaşa görüntü xəttindən kənara çıxan rabitə sisteminin imkanları "Iridium Certus" terminalı ilə təchiz edilmiş qabaqcıl B-52 "Stratofortress" strateji bombardmançı təyyarəsində sınaqdan keçirilib.
Sistem təyyarəyə real vaxt rejimində məlumat və videoları ötürməyə və qəbul etməyə imkan verir.