ABŞ Milli Qvardiyasına məxsus “AH-64 Apaçi” helikopteri Missisipi ştatında qəzaya uğrayıb.
Baymedia.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Teyt Rivz X hesabında məlumat yayıb.
"Missisipi Milli Qvardiyasının “AH-64 Apaçi” helikopteri bu gün təlim uçuşu zamanı qəzaya uğrayıb. Təəssüf ki, göyərtəsində olan hər iki hərbi qulluqçu həyatını itirib", - T.Rivz bildirib.
Faktla bağlı araşdırma aparılır.