• 23 Oktyabr 2026
logo
DSX: 14 kiloqramdan çox narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb

DSX: 14 kiloqramdan çox narkotikin sərhəddən keçirilməsinin qarşısı alınıb

Azərbaycan Respublikasının dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriy¬yəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, 01 avqust 2021-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun¬ları¬nın “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi¬sin¬də yerlə¬şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər¬hədi¬nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” koman¬dasına qaldırılaraq ərazi qapadılıb.
Keçiriən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu¬nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla¬manı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıb.
Avtomobil sürücüsünün Moskva şəhər sakini, 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl¬lüd¬lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən¬ləş¬dirilib, onların götürdükləri bağlamalara keçirilmiş baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.