• 22 Oktyabr 2026
logo
Fransada kütləvi həbslər: İri şəhərlərdə təcridxanalar dolub

Fransada kütləvi həbslər: İri şəhərlərdə təcridxanalar dolub

Fransanın bəzi iri şəhərlərində kütləvi etirazlardan sonra bütün təcridxanalar dolub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın ədliyyə naziri Jerald Darmanen bəyan edib.

"Bütün məhkəmə təcridxanaları, yəni polisin nəzarəti altında insanların məhkəməni gözlədikləri yerlər tamamilə doludur", - deyə o bildirib.

Nazirin sözlərinə görə, söhbət Paris, Lill, Marsel, Bordo və Tuluza şəhərlərində yerləşən təcridxanalardan gedir.

Darmanen həmçinin qeyd edib ki, məhkəmələr oktyabrın 17-də keçirilən etiraz aksiyalarının 900-dən çox iştirakçısının işinə baxır.

Məryəm Quliyeva