İran Silahlı Qüvvələri barmağını "tətikdə" saxlayır və ABŞ və İsrail ilə qarşıdurmanın gələcək yeni mərhələsinə tam hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri İbrahim Əzizi bəyan edib.
"Silahlı qüvvələrimiz hər zamankından daha çox hərəkətə keçməyə hazırdır, biz barmağımızı tətikdə saxlayırıq və ABŞ ilə sionist rejimi (İsrail nəzərdə tutulur) tərəfindən hər hansı bir kiçik səhv gözləyirik", - deyə o, "X" sosial şəbəkəsində yazıb.
Deputat həmçinin bildirib ki, İranın cavabı "daha sərt olacaq" və "onları etdiklərinə peşman edəcək".
Məryəm Quliyeva