Bütün Qafqazın Şeyxi Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 22-də Moskvaya işgüzar səfərə gedib.
Vnukovo Hava Limanında Qafqaz Müsəlmanları İdarəsinin sədrini Ümumrusiya Patriarxlığının yüksək vəzifəli şəxsləri qarşılayıb.
Qafqaz Müsəlmanları İdarəsinindən verilən məlumata əsasən Şeyxülislam Allahşükür Paşazadə noyabrın 23-də Moskvada bir sıra mühüm görüşlər keçirəcək.